Əhalinin siyahıya alınması davam edir

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:31

Ölkədə  3 -cü dəfə aparılan əhalinin siyahıya alınması iki hissədən ibarətdir.Həm mənzil fondu, həm də insanlar siyahıya alınır. Bu proses əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı və müntəzəm məlumatlara olan ehtiyacla şərtlənir. Şəki rayonu üzrə də işlər sürətlə aparılır. 28 bənddən ibarət sorğu vərəqələrində 46 sual üzrə 280-ə yaxın göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Sakinlər təmkinlə bütün sualları cavablandırır. Siyahıya alma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.Ölkəmiz üçün vacib olan bu proses yüksək səviyyədə baş tutmaqdadır.Zaqatala rayonunda da artıq siyahıya alma oktyabr ayının 1-dən etibarən plana uyğun aparılır. Xatırladaq ki,  Azərbaycan qanunvericiliyinə görə, hər 10 ildən bir baş tutan əhalinin siyahıya alınması prosesi 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçirilir.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun