Əhalinin sayı açıqlanıb

  • SpaceTV
  • 16 Avqust 2019 14:58

Dövlət Statistika Komitəsi Аzərbaycan əhalisinin sayını açıqlayıb. Açıqlamada nigah və boşanmalaraın sayı, eyni zamanda bu ilin 6 ayı ərzində doğulan körpələrlə bağlı statistika da yer alıb.   

İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə görə  10 milyon 19 min 575 nəfərə çatıb.  Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub. Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29 min 391 nikah və 8257boşanma halları qeydə alınıb. Dövlət Statsitika Komitəsinin hesabatında bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6 ya, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bu ilin yanvar-iyun aylarında  Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 66 min 687 doğulan  körpə qeydə alınıb. əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə 13,6 faiz  qalıb. 

Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Dövlət statistika komitəsi bu ilin 6 ayı ərzində  ölkədə 28 min 745 ölüm halının  qeydə alındığını və bunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz aşağı  düşdüyünü bildirib.

Paylaş

 Xəbəriniz olsun