Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

  • Space TV
  • 18 Fevral 2021 17:41

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ikinci iclasının vaxtı məlum olub.

Spacetv.az xəbər verir ki, Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa APA-ya bildirib ki, komissiyanın növbəti iclası sabah saat 15.00-da videoformatda qruplar halında baş tutacaq.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Komissiyasının yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib.

Paylaş

 Xəbəriniz olsun