Əfqanıstanın Zabul vilayətində terror aktı qurbanlarının sayı 39-a çatıb

  • SpaceTV
  • 20 Sentyabr 2019 16:24

Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində terrorçu kamikadzenin yük maşınına qoyulmuş bombanı partlatması nəticəsində ölənlərin sayı 39-a çatıb. Space Xarici mətbuata istinadla xəbər verir ki, insident sentyabrın 19-da səhər saatlarında baş verib.

Yerli polisin məlumatına görə, Zabul vilayətindəki xəstəxananın həyətində törədilmiş partlayış nəticəsində yaralıların sayı isə 140 nəfərdir. Bundan bir gün əvvəl ölü sayının 20, yaralıların isə 90 olduğu xəbər verilmişdi.

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Paylaş

 Xəbəriniz olsun