Əfqanıstanda vitse-prezidentin kortecinə hücum: 10 ölü, 16 yaralı – FOTO

  • Space TV
  • 9 Sentyabr 2020 13:12

Əfqanıstanın Kabil şəhərində vitse-prezident Əmrullah Salehin kortecinə silahlı hücum edilib.

Spacetv.az “Tolonews”-a istinadən xəbər verir ki, atılan partlayıcı nəticəsində Ə.Saleh yüngül yaralanıb.

Eyni zamanda, 10 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilir.

“Terroristlər Salehə hücum planlaşdırdılar, amma o sağ qaldı, bir neçə mühafizəçisi yaralandı”, – deyə Ə.Salehin sozçüsü Rizvan Murad qeyd edib.

Hələlik heç bir təşkilat hücumu öz üzərinə götürməyib.

Paylaş

 Xəbəriniz olsun