Əfqanıstanda terror hücumu baş tutub – 9 məktəbli ölüb

  • SpaceTV
  • 2 Noyabr 2019 12:58

Əfqanıstanda məktəblilərin ölümü ilə nəticələnən partlayış baş verib.

SPACE TV  xəbər verir ki, məlumatı Əfqanıstanın “Pajhwok” agentliyi yayıb. Bildirilib ki, hadisə noyabrın 2-si səhər saatlarında ölkənin şimal-şərqində yerləşən Tahar əyalətinin Darkad rayonunda törədilib.

Terror aktı nəticəsində məktəbə gedən 9 şagird həyatını itirib.

Paylaş

 Xəbəriniz olsun