Əfqanıstanın Vardak əyalətində yolun kənarına yerləşdirilmiş əldəqayırma bomba avtomobil yoldan keçəkən partladılıb. Terror aktı nəticəsində ən azı 5 nəfərin öldüyü, daha 3 insanın isə yaralandığı bildirilir.
Space.TV– Anadolu agentliyinə istinadla xəbər verir ki, Vardak əyalətinin başçısı Müzəfərəddin Yəmin jurnalistlərə açıqlamasında hadisənin Kabil-Qəzni magistral yolunun Vardak vilayəti ərazisindəki Ceğtu rayonunda baş verdiyini bildirib.
Onun sözlərinə görə, bomba bir ailənin öz avtomobili ilə bu ərazidən keçdiyi vaxt partladılıb. O, yaralıların xəstəxanaya çatdırıldığını qeyd edib.
“Taliban” terror aktını hələki öz üzərinə götürməyib.