Əfqanıstanda “Taliban”la döyüşdə 18 hərbçi həlak oldu

  • Space TV
  • 4 Mart 2020 12:11


Əfqanıstanda “Taliban” qruplaşmasının üzvləri ilə döyüşlərdə dövlət təhlükəsizliyinin 18 əməkdaşı həlak olub.

SPACE TV xəbər verir ki, taliblər bu gecə Qunduz əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum dəf edilən zaman 15 əsgər və 3 polis əməkdaşı həlak olub. Qarşı tərəfin itkiləri barədə açıqlama verilmir.

Bundan başqa, bu gün səhər Qunduz əyalətinin Tacikistan sərhədinə yaxın İmam Sahib dairəsində 10 əsgər oğurlanıb.

Paylaş

 Xəbəriniz olsun