Əfqanıstanda partlayış törədilib – ölən və yaralılar var

  • SpaceTV
  • 4 Noyabr 2019 14:48

Əfqanıstanda partlayış törədilib, 8 nəfər ölüb.

SPACE TV  bildirir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqində, Baqlan vilayətində qeydə alınıb. Partlayış zamanı 8 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Paylaş

 Xəbəriniz olsun