Əfqanıstanda hava zərbələri nəticəsində 14 dinc sakin ölüb

  • SpaceTV
  • 23 Sentyabr 2019 17:34

Əfqanıstanın cənubundakı Helmand vilayətində hava zərbələri nəticəsində ən azı 14 dinc sakin həlak olub.

“Space” xarici mətbuata istinadən xəbər verir ki, Vilayət Şurasının üzvü Əbdül Məcid insidentin “Taliban” hərəkatının nəzarətində olan Musa Qala rayonunda baş verdiyini bildirib. Onun sözlərinə görə, hökumət qüvvələrinə qarşı döyüşə hazırlaşan silahlı qruplaşmaya qarşı havadan zərbələr endirilib.

Nəticədə  “Taliban” silahlıları ilə yanaşı gecə vaxtı toy mərasimindən qayıdan bir qrup dinc sakin də həlak olub.

Məlumata görə, çoxlu sayda yaralı var və ölənlər var.

Paylaş

 Xəbəriniz olsun