Əfqanıstanda COVID-19-un yayılması ilə bağlı həyəcan təbili çalındı

  • SpaceTV
  • 15 İyul 2020 13:42

Koronavirus pandemiyası Əfqanıstanın səhiyyə sistemində və sosial-iqtisadi sahələrində fəlakətli nəticələrə səbəb ola bilər.

“RİA Novosti” xəbər verir ki, bununla bağlı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası xüsusi bəyanatla çıxış edib.

Bəyanatda qeyd olunur ki, COVID-19 infeksiyası səhiyyə və sosial-iqtisadi sahədə dünyanın ən zəif 10 ölkəsindən biri hesab olunan Əfqanıstan üçün ağır yükə çevrilir.

Qeyd edək ki, Əfqanıstanda 34 994 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 1 094 xəstə pandemiyanın qurbanı olub.

Paylaş

 Xəbəriniz olsun