Əfqanıstanda baş verən daşqınlarda çox sayda insan ölüb

  • Space TV
  • 26 Avqust 2020 14:50

Əfqanıstanın şimalındakı Pərvan əyaləti paytaxtı Çərikar şəhərində leysan yağışlar nəticəsində baş verən daşqınlarda azı 68 nəfər ölüb, 90 nəfər isə xəsarət alıb.

Spacetv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bildirən əyalət qubernatorunun sözçüsü Vahidə Şəhkar yüzlərlə yaşayış evin yararsız hala düşdüyünü deyib.

Sözçünün dediyinə görə, hazırda xilasedicilərin çalışmaları davam edir və zərərçəkənlərin sayının daha da artacağı istisna deyil.

Fəlakətlərin İdaretmə Nazirliyinin məlumatına görə, şəhərdə 300 yaşayış evi yararsız hala düşüb. Daşqınların Meydan Vərdək və Nəngərhar əyalətlərinin hər birində 2 nəfərin ölümünə səbəb olduğu diqqətə çatdırılıb.

Paylaş

 Xəbəriniz olsun