Əfqanıstan prezidentinin məsləhətçisi öldürüldü

  • Space TV
  • 31 Avqust 2020 16:45

Əfqanıstan prezidentinin ictimai məsələlər üzrə baş məsləhətçisi Məhəmməd Həsən Hotak qətlə yetirilib.

1TV bu barədə yerli polisə istinadla xəbər yayıb.

Bildirilib ki, o, bazar günü axşam saatlarında, Kabildə, öz evinin qarşısında öldürülüb.

Heç bir qruplaşma və ya şəxs məsuliyyəti öz üzərinə götürməyib.

Əfqanıstan Prezidenti Əşrəf Qani bu hadisəni terror aktı kimi qiymətləndirib.

Paylaş

 Xəbəriniz olsun