Əfqanıstan prezidenti və baş naziri səs verib

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:05

“Space” RİA “Novosti”yə istinadən xəbər verir ki, Əfqanıstanda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Məhəmməd Əşrəf Qəni və baş nazir Abdullah Abdullah da səs veriblər.

Məlumata görə, ölkə prezidenti səsvermə hüququndan Kabildəki prezident iqamətgahının yaxınlığındakı məktəbdə yerləşən məntəqədə istifadə edib. 

Əfqanıstanın dövlət başçısı jurnalistlərə açıqlamasında səsvermə məntəqələrinə gələn bütün vətəndaşlara, habelə onların təhlükəsizliyi üçün çalışan güc qurumları əməkdaşlarına təşəkkür edib. O həmçinin seçkilərin keçirilməsində beynəlxalq tərəfdaşların dəstəyini də yüksək qiymətləndirib.

Baş nazir isə rəsmi şəxsləri səsvermə prosesinə müdaxilə etməməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun