Əfqanıstan Azərbaycana yeni səfir təyin edib

  • Space TV
  • 3 Sentyabr 2020 17:20

Əfqanıstanın Azərbaycandakı yeni səfirinin kimliyi bəlli olub.

Spacetv.az Əfqanıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, diplomatik missiyanın yeni rəhbəri Amanulla Ceyhun olacaq.

Qeyd edək ki, o, buna qədər Əfqanıstan XİN-də departamentlərindən birinin rəhbəri vəzifəsində çalışıb.

Əlavə edək ki, 2018-ci ildən etibarən Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə səfir Xayrullah Spelenay rəhbərlik edirdi.

Paylaş

 Xəbəriniz olsun