Ədliyyə Nazirliyi: Azad edilən ərazilərdə strukturlarımızın fəaliyyəti təmin olunacaq

  • SpaceTV
  • 20 Noyabr 2020 15:51

“Hərbi əməliyyatlar başlayan gündən Ədliyyə Nazirliyində 24 saatlıq iş qrafiki müəyyənləşdirildi, nazirin əmri ilə qərargah yaradıldı”.

Bunu Spacetv.az-ın efirində yayımlanan “Müzakirə vaxtı”nın “Hüququmuz var” rubrikasında Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, verilən tapşırıqlardan biri də işğaldan azad edilmiş edilmiş ərazilərdə ədliyyə strukturlarının fəaliyyətinin bərpası məsələsidir:

“Hazırda təhlillər aparılır və təbii ki, orada bütün qurumlarımızın fəaliyyəti təmin olunacaq”.

Paylaş

 Xəbəriniz olsun