Əcnəbilər SMS icazədən necə istifadə edəcəklər? – AÇIQLAMA

  • Space TV
  • 14 Dekabr 2020 12:05

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda yaşama icazəsi olmayan şəxslərin SMS icazədən necə istifadə etməsi barədə məlumat verib.

O, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, SMS icazə üçün yaşama icazəsinin üzərindəki, belə icazə yoxdursa, olduğu yer üzrə qeydiyyat nömrəsi istifadə edilir:

“919 çağrı xidməti fasiləsiz və gücləndirilmiş rejimdə işləyir, bununla belə xüsusi zərurət yoxdursa, əcnəbi vətəndaşlar SMS icazə üçün nömrəni axşam və ya gecə saatlarında əlaqə saxlamaqla əldə edə bilər. Bu nömrə, həmçinin, Xidmətin internet səhifəsindən asanlıqla əldə edilə bilər”.

Paylaş

 Xəbəriniz olsun