Əcnəbi turistlər tapılıb

  • SpaceTV
  • 15 Avqust 2019 17:29

Gürcüstanın Svaneti bölgəsində itkin düşən 3 nəfər Belarus vətəndaşı tapılıb. Tapılan turistlərdən 2-si ölüb, digəri isə xəsarətlər alıb. Yaralı turistin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, turistlər ötən gün axşam saatlarında Gürcüstanın Svaneti bölgəsində Tetnuldi dağında itkin düşüblər. Bu gün səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan  Daxili İşlər Nazirliyi Sərhəd Polisinin helikopteri cəlb olunub.

Qeyd edək ki, ötən axşam əcnəbilərin axtarışları heç bir nəticə verməyib. Qaranlıq düşdüyündən axtarışlar dayandırılıb. Düşərgəyə qayıdarkən yoxa çıxan qadın turistlərin ikisinin, təxminən, 60, digərinin isə 36 yaşı  olduğu bildirilir.

Paylaş

 Xəbəriniz olsun