picture

XƏBƏRLƏR

SPACE Müstəqil Teleradio Şirkəti
SPACE Independent Broadcasting Company

Ən son xəbərlər

20 fevral 2017 | no comments
Türkiyədən Kipr prezidentinə ağır ittiham
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Kipr münaqişəsinin nizamlanması üzrə danışıqlarda

19 fevral 2017 | no comments
Maraqlı faktlar: Dünyanın yeni qitəsi tapılıb
Sakit okeanın cənub-qərb hissəsinin dərinliklərində dünyanın yeni qitəsinin tapıldığı iddia olunur

16 fevral 2017 | no comments
NATO baş katibi Rusiyanı ittiham etdi
NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır

15 fevral 2017 | no comments
Kosovo öz ordusunu yaradır
Qondarma Kosovo dövlətinin parlamenti Silahlı Qüvvələrin yaradılmasına dair qətnamə qəbul edib

13 fevral 2017 | no comments
Hamburq aeroportunda kütləvi zəhərlənmə
Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb

12 fevral 2017 | no comments
"USS Porter" Qara dənizi tərk etdi
ABŞ-a məxsus "USS Porter" hərbi gəmisi fevralın 11-də Qara dənizi tərk edib

06 fevral 2017 | no comments
Trampın bəyanatlarını diqqətlə izləyirik
Rusiya xarici işlər naziri Sergey Lavrov Barak Obama administrasiyasının ciddi ziyan vurduğu ABŞ-Rusiya

05 fevral 2017 | no comments
Donald Tramp Poroşenkoya zəng etdi
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Pyotr Poroşenko ilə yaxın zamanda görüşməyin

Türkiyədən Kipr prezidentinə ağır ittiham

bazar ertəsi, 20 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Kipr münaqişəsinin nizamlanması üzrə danışıqlarda Kipr prezidenti Nikos Anastasiadisin mövqeyini pisləyərək, danışıqların pozulmasına görə məsuliyyəti onun üzərinə qoyub.

xəbər

Spacetv.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Kiprin türk icmasının rəhbəri Mustafa Akıncı ötən gün Nikos Anastasiadisin "mənim daha deyəcək sözüm yoxdur" deyərək, danışıqları tərk etdiyini bildirib.
Anastasiadis, öz növbəsində, türk icmasının nümayəndə heyətinin heç bir səbəb olmadan görüşü tərk etdiyini iddia edərək, danışıqların pozulmasına görə məsuliyyəti Akıncının üzərinə qoyub.
"Yunan icmasının lideri qapını çırparaq danışıqları tərk etdi. Kiprin yunan icmasının hərəkətləri onların adada nizamlanmaya dair danışıqlara münasibətinin göstəricisidr", - deyə Çavuşoğlu qeyd edib.

Maraqlı faktlar: Dünyanın yeni qitəsi tapılıb

bazar, 19 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

Sakit okeanın cənub-qərb hissəsinin dərinliklərində dünyanın yeni qitəsinin tapıldığı iddia olunur.

xəbər

Spacetv.az-ın "Trend"-ə istinadən xəbərinə görə, Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan bir qrup geoloq bu qənaətə gəlib.
Məlumata görə, Zelandiya adı verilən qitənin ərazisi 5 milyon kvadrat kilometrdir və 94 faizə yaxın ərazisi suyun altında yerləşir.
Alimlərin fikrincə, Zelandiya 100 milyon il əvvəl ümumi qitədən ayrılmağa başlayıb.
Tapıntının müəllifləri, Zelandiyanın yeni coğrafi qitə olaraq əlavə olunmasını təklif edir.

NATO baş katibi Rusiyanı ittiham etdi

cümə axşamı, 16 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır.

xəbər

Spacetv.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
"Biz kiberhücumların sayının artmasını müşahidə edir, onların bəzilərinin arxasında Rusiyanın durduğunu görürük. 2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb", - deyə Y. Stoltenberq bildirib.
Onun sözlərinə görə, kibermüdafiə tədbirləri və NATO ölkələrində müvafiq təlim texnologiyalarının yaradılmasının vacibliyini vurğulayıb: "Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər".

Kosovo öz ordusunu yaradır

çərşənbə, 15 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

Qondarma Kosovo dövlətinin parlamenti Silahlı Qüvvələrin yaradılmasına dair qətnamə qəbul edib.

xəbər

Spacetv.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hakim və müxalif koalisiyalar tərəfindən dəstəklənən qətnamə 68 səslə qəbul edilib. "Serbiya siyahısı" partiyasından olan deputatlar iclası boykot edərək səsvermədə iştirak etməyiblər.
"Təhlükəsizlik Qüvvələrinin Silahlı Qüvvələrə transformasiyasına dair strategiyanın mümkün qədər tez razılaşdırılaraq, təsdiqlənməsi üçün parlamentə təqdim edilməsi üçün Kosovo hökumətinə əlavə səlahiyyətlər verilir", - deyə qətnamədə bildirilib.
"NATO-ya inteqrasiyanın alternativi yoxdur, Kosovo Silahlı Qüvvələrinin yeni mandatına uyğun olaraq operativ imkanların inkişaf etdirilməsi məqsədi ilə Kosovo parlamenti və hökuməti NATO və ABŞ-la birgə səyləri razılaşdırmalıdır", - deyə qətnamənin mətnində qeyd olunub.

Hamburq aeroportunda kütləvi zəhərlənmə

bazar ertəsi, 13 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

Almaniyanın Hamburq şəhər aeroportunda naməlum maddənin sızması nəticəsində 50 nəfər xəsarət alıb.

xəbər

Spacetv.az-ın "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, aeroport bağlanıb, hava əlaqəsi dayandırılıb, bütün terminallardan insanlar evakuasiya edilib.
Xəsarət alanlar öskürək, çətin nəfəs almaq və gözlərinin yaşarmasından şikayətlənirlər.
İlkin məlumata görə, sızma kondisioner sistemində baş verib. Hazırda mütəxəssislər hansı maddənin sızdığını araşdırırlar.

"USS Porter" Qara dənizi tərk etdi

bazar, 12 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

ABŞ-a məxsus "USS Porter" hərbi gəmisi fevralın 11-də Qara dənizi tərk edib.

xəbər

Spacetv.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının mətbuat xidmətinin məlumatında bildirilir.
Gəmi fevralın 2-də Qara dənizə daxil olub. Məlumata əsasən, gəmi "təhlükəsizliyin təmin olunması üzrə əməliyyatlar keçirib" və "Sea Shield 2017" ("Dəniz qalxanı-2017") beynəlxalq təlimlərdə iştirak edib.
Təlimlərə Rumıniya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İspaniya, ABŞ, Kanada və Ukraynadan 2800-dək hərbçi, 15 gəmi və 10 təyyarə qatılıb.

Trampın bəyanatlarını diqqətlə izləyirik

bazar ertəsi, 06 fevral 2017, 08:47 Bakı, 04:47 GMT

Rusiya xarici işlər naziri Sergey Lavrov Barak Obama administrasiyasının ciddi ziyan vurduğu ABŞ-Rusiya münasibətlərinin bərpası üçün Moskvanın üzərinə düşən addımları atmağa hazır olduğunu bəyan edib.

xəbər

Spacetv.az-ın məlumatına görə, S. Lavrov Avstriyanın "Profil" jurnalına müsahibəsində deyib ki, Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını diqqətlə izləyir.
Rusiya xarici işlər naziri D. Trampın iki ölkə arasında normal dialoqun qurulmasının zəruriliyi ilə bağlı bəyanatının müəyyən ümidlər yaratdığını bildirib: "Son illər münasibətlərdə deqradasiya bizim günahımızdan olmayıb, bu, Barak Obama administrasiyasının məqsədyönlü fəaliyyətinin nəticəsidir. Biz öz tərəfimizdən həmişə münasibətlərin bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların qarşılıqlı nəzərə alınması prinsipləri əsasında inkişafına hazır olmuşuq. Münasibətlərə vurulan ziyanı aradan qaldırmaq üçün hər iki tərəfin ciddi səy göstərməsi lazımdır. Ancaq hələ respublikaçı komandanın konkret məsələlər üzrə necə çalışacağı barədə danışmaq tezdir. Əminik ki, Rusiya və ABŞ-ın maraqları nəinki ikitərəfli münasibətlərdəki problemləri aradan qaldırmağa, eyni zamanda beynəlxalq terrorizm və digər böyük problemlərin həllinə birgə töhfə verməyə imkan verir".
S. Lavrov Rusiya və ABŞ-ın innovasiya və texnologiya sahəsində reallaşdırılacaq layihələrinin olduğunu da vurğulayıb.

Donald Tramp Poroşenkoya zəng etdi

bazar, 05 fevral yanvar 2017, 08:47 Bakı, 04:47 GMT

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Pyotr Poroşenko ilə yaxın zamanda görüşməyin mümkünlüyünü müzakirə ediblər.

xəbər

Spacetv.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin prezidentlərin telefon danışığına dair məlumatında bildirilir.
Ağ Ev keçirilmiş danışıqların "çox müsbət" olduğunu qeyd edib.
Telefon danışığı yerli vaxtla 17.00-da (Bakı vaxtı ilə 02.00-da) baş tutub. Danışığın müddəti və təfərrüatları barədə məlumat verilmir.
Poroşenkonun ABŞ-a rəsmi səfərinin tarixi müəyyənləşdirilir.