picture

BARƏMİZDƏ

SPACE Müstəqil Teleradio Şirkəti
SPACE Independent Broadcasting Company

Bizim kontaktlarımız

Ünvan: Azərbaycan, AZ 1073 Bakı, H.Cavid pr., 8
Tel.:: +994-(12)-510-0003
FAX:: +994-(12)-492-7665
WWW:: www.spacetv.az
E-mail:: info@spacetv.az

picture

Texniki xüsusiyyətləri

SPACE Müstəqil Teleradio Şirkəti

SPACE Müstəqil Teleşirkətinin ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub.

xəbər

Görkəmli bəstəkar və ictimai xadimi Sevil xanım Əliyeva Telekanalın qurucusudur. Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi, kinorejissor Vaqif Mustafayev Telekanalın rəhbəridir. Kanalın xəbərlər xidməti media aləmində lider hesab edilən CNN və Reuters ilə əməkdaşlıq edir. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı SpaceTV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. Hal-hazırda şirkətdə 365 işçi çalışır. 1997-ci ildən başlayaraq ümumiyyətlə SpaceTV-də bir çox telelayihələr dəfələrlə Milli Mükafatlara layiq görülüb. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Biz həm Rusiya, həm də xarici aparıcı distribyutor şirkətləri ilə əməkdaşlıq edirik. SPACE telekanalında verilişlər azərbaycan və rus dilində AzerSpace 1 sputniki vasitəsilə 46.0 mövqeyindən translyasiya olunur. Yayım ərazisi Avrasiya və Şimali Afrikadır. SpaceTV sutka ərzində orta hesabla 20 saat yayımlanır.

Müstəqil SPACE televiziya kanalı Azərbaycan Respublikasının bir çox Nazirlikləri ilə birgə layihələri var. "Siqnal" verilişi - Daxili İşlər Nazirliyi tərəfindən dəstək verilən və yaranan verilişdir. "Abituriyent" verilişi - SPACE telekanalının və TQDK-ın birgə yaratdığı layihədir. "Sağlamlıq" verilişi - Səhiyyə Nazirliyinin və SPACE telekanalının apardığı qarşılıqlı əməkdaşlığın nəticəsidir. "Azərlotereya" verilişi - SPACE telekanalının və İqtisadi İnkişaf Nazirliyinin birgə yaratdığı layihədir.

2001-ci il 12 oktyabr tarixi Space Radiosunun ilk efir günüdür. Fm 104 Mhz dalğasında yayımlanır. Yayım 24 saatdır və verilişlərin 70%-i milli məhsuldur. Space Radiosunun nüxtəlif janrlı verilişləri Azərbaycan hüdudlarından kənard da dinləyicilərin məhəbbətini qazanıb. Space 104 Fm dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır.